Apple korporasiyasının istehsalı olan iPhone smartfonları və iPad planşet kompüterlərindəki Siri səsli yardım sistemi qadın səsi ilə danışır.Milli.Az CNN-ə istinadən bildirir ki, Siri ABŞ-ın Corciya ştatındakı Atlanta şəhərində yaşayan aktrisa Syuzan Bennettin səsi ilə danışır.64 yaşlı Syuzanın dediyinə görə, 2005-ci ildə Apple korporasiyasının studiyalarından birində işə başlayıb və iyul ayı ərzində yüzlərlə söz, ifadə və cümlə tələffüz edərək səsini yazdırıb.2011-ci ilin oktyabrın 4-də isə Siri sistemi işə salındı və dünyada 100 milyondan artıq insan bu qadının səsini eşitməyə başladı."2005-ci ilin iyul ayında çox çalışdıq. Gün ərzində 4 saat studiyada oldum və yüzlərlə cümlə, ifadə tələffüz etdim. İnsanlar var ki, saatlarla eyni işi görə bilir. Mən belə deyiləm. Ona görə studiyada darıxdım və bu səbəbdən də Siri-də bəzi sözlərlə ifadələr başqalarından fərqlənir", - Syuzann Bennett deyib.
Onun sözlərinə görə, Siri-də səsinin yazılmasının səbəbkarı ScanSoft şirkəti olub. Həmin şirkət yeni layihə üçün səs axtarırdı və Syuzannın da səsini bəyənmişdi."Oğlum Kemeron Los-Ancelesdə fotoqrafdır. iPhone 4S satışa çıxandan sonra mənə zəng vurdu və dedi: "Ana, rejissor Martin Skorsezeni gördüm. Telefonla danışırdı. Telefondan sənin səsin gəlirdi". Güldüm, çünki milyonlarla insan səsimi eşirdirdi", - Syuzann söyləyib.
Mənbə: Milli.Az