Qadin.NET / Temperatur 0 dərəcəyə düşəcək

Temperatur 0 dərəcəyə düşəcək

 

Temperatur 0 dərəcəyə düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 5-ə gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktorunun müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi  məlumata görə,  Bakıda və Abşeron yarımadasında soyuq, küləkli hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı  gözlənilir.Güclü şimal-qərb küləyi əsəcək. Temperatur rejiminin anomal gedişi, gecə və gündüz 11-15 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 5-də şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Güclü qərb küləyi əsəcək.  Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 15-19 dərəcə isti, dağlarda gecə və gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Mənbə: Lent.Az

5 oktyabr 2013
GO BACK