Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu ölkənin çaylarında sululuğun azalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. İnstitutun direktor əvəzi Ramiz Məmmədov Trend-ə bildirib ki, Azərbaycanın çaylarında suyun miqdarının azaldığı bildirilsə də, əslində bu belə deyil. Sadəcə olaraq, çayların suyunun paylanması dəyişib: "Əvvəl çayların aşağı axınında su bir yataqla gedirdisə, indi su 5-10 yataqla gedir, çaylarda əlavə qollar yaranıb. İnsanlar çayın bir qolu ilə gedəndə elə bilirlər ki, su azalıb. Ancaq onlar çayın digər qolunu görmürlər. Buna görə də elə hesab edirlər ki, suyun ümumi miqdarı azalıb". R.Məmmədov bildirib ki, çayların qolları süni şəkildə deyil, təbii yolla yaradılmalıdır. Azərbaycanda isə insanlar bu prosesə də müdaxilə edərək çayların süni qollarını yaradırlar. Mənbə: Trend.Az