İlin 278-cı günü
İlin sonuna 87 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.32
Günəş - 07.41
Zöhr - 13.33
Əsr - 17.13
Məğrib – 19.32
İşa – 20.48
1502 - Kolumb Kosta Rikanı kəşf edib
1713 - Fransız filosof Deni Didro anadan olub
1864 - Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoyub
1896 - Alman fizik Wilhelm Rentgen yeni elektromaqnit dalğaları kəşf edib. Bu dalğalar sonradan rentgen şüaları adlandırılıb
1901 - Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı – Qızlar Məktəbi açılıb. Məktəb tanınmış maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfidən inşa edilmişdi. Bu, Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi.
1908 - Bolqarıstan müstəqilliyini elan edib
1910 - Portuqaliyada respublika idarə sistemi bərqərar olub
1911 - İtalyan qoşunu Gelibolu yarımadasını (Çanaqqala) işğal edib
1914 - Norveç səyyahı Tur Heyerdal anadan olub
1914 - Tarixdə ilk hava döyüşü baş verib
1918 - Xalq Cümhuriyyətinin hökuməti bolşeviklərin ("Bakı Soveti") neft sənayesinin milliləşdirilməsi barədə qərarını ləğv edərək bu sahənin yenidən özəl sektora qaytarılması barədə qərar verib. Hökumətin dekretinə əsasən, neft mədənləri, zavodlar, neft daşıyan gəmilər əvvəlki sahiblərinə qaytarıldı. Bakıdakı qısamüddətli bolşevik hökuməti dövründə ölkədən getməyə hazırlaşan xarici şirkətlər yenidən fəaliyyətlərini genişləndirdilər.
1918 - ADR hökuməti neft sənayesinin dövlətsizləşdirilməsi haqqında qərar verib
1934 - İspaniyada vətəndaş müharibəsi başlayıb
1935 - Bəstəkar Xəyyam Mirzəzadə anadan olub
1958 – Şarl de Qoll Fransanın ilk prezidenti olub.
1966 - UNESCO müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edib. Bu tarix Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir
1970 - Ənvər Sədat Misir prezidenti seçilib
1976 - Çeçenistan rəhbəri Ramzan Kadırov anadan olub
1989 – Dalay Lama Nobel sülh mükafatına layiq görülüb
1993 - Rusiya prezidenti Boris Yeltsin müxalif partiya və qəzetlərin fəaliyyətini qadağan edib
1994 - Bakının "Azadlıq" meydanında ölkənin müxtəlif yerlərindən gəlmiş yüz minlərlə insanın iştirakı ilə ümumxalq mitinqi keçirilib. Mitinq iştirakçıları dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə almış prezident Heydər Əliyevə dəstək və etimadını bildirib. Mitinqdə çıxış edən Heydər Əliyev dövlətçiliyin müdafiəsinə qalxdığına görə Azərbaycan xalqına təşəkkür edib. Həmin gün prezidentin fərmanı ilə 3-4 oktyabrda dövlət çevrilişi cəhdinin qarışısının alınmasında fədakarlıq və bacarıq göstərmiş hərbi komandirlər - Rövşən Əkbərov, Natiq Məmmədov və Elnur Nuriyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər. Bir qrup hərbi qulluqçu "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.
2002 - Azərbaycan prezidenti Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalayıb
2007 - Azərbaycanlı deputatlar AŞPA-nın sessiyasında Azıx mağarasının taleyi ilə bağlı sənəd yayıblar
Mənbə: Milli.Az