Dünyamıza yenə də yad planetlilər gəlib. Düzdür, burada söhbət fantastik filmlərdəki yaşıl rəngli canlılardan getmir. Söhbət mikro orqanizmlərdən gedir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "Journal of Cosmology" məlumat yayıb. Britaniyanın Bukinqem və Şeffild universitetinin alimləri iddia edirlər ki, yad planetə mənsub olan canlı növü tapıblar. Onlar meteor yağışı zamanı stratosferə hava şarı buraxıblar. Sonradan həmin şarın səthini araşdırarkən gözlənilmədən bir hüceyrəli canlılar aşkar ediblər. Bundan əvvəl yerdən 25-27 km hündürlükdə belə bir fakta rast gəlinməmişdi. Bu səbəbdən də alimlər həmin canlıların fəzada yaşadıqları qərarına gəliblər
Mənbə: Milli.Az