Qadin.NET / Əzələ yığını olan "müsəlman div"

Əzələ yığını olan "müsəlman div"

 

O, Britaniyada bodibildinq üzrə ilk müsəlman çempiondur.

 

Şeffild şəhərinin sakini, 33 yaşlı Zak Xan 2009-cu ildə Beynəlxalq Bodibildinq (IBBF) Federasiyasının keçirdiyi çempionatda qalib gəlmişdi.Daha sonra isə o, Britaniya çempionu oldu.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Kral" ləqəbli Zak Xan gündə 5 min kalorilik yemək yeyir, sürəkli məşq edir və əzələlərinin formasını dəyişməklə yanaşı, kütləsini də artırır.
Sabiq boksçu idmanla yanaşı, ictmai fəaliyyətlə də məşğul olur.
O, müxtəlif şəhərləri, ölkələri dolaşır, sağlam həyat tərzini təbliğ edir.
Namaz qılan, oruc tutan Zakın sözlərinə görə, mömin müsəlmandır və qələbələrinə də Allahın yardımı, köməyi ilə nail olur.
Britaniyanın ilk müsəlman çempionu deyir: "Məşqlərimdə ən ağır zaman Razaman ayıdır. Məşqlərim ağır olduğu üçün yaxşı qidalanmalıyam və gündə 5 min kalorilik yemək yeməliyəm.
Ramazan zamanı axşam düşəndən sonra bir saat ərzində həmin 5 min kalorini yemək məcburiyyətindəyəm. Ramazan zamanı çox çətin olur, amma dözürəm. Hər cümə günü mütləq məscidə, cümə namazına gedirəm. Müsəlmanam və bununla fəxr edirəm", - Zak Xan deyib.
Peşəkar bodibilderin dediyinə görə, yaxınları onu "Müsəlman div" adlandırırlar.
Zak Xanla bağlı qısa statistika:
Çəki: 140 kq
Belin ölçüsü: 86,3 sm
Budun ölçüsü: 81 sm
Boy: 182 sm
Məşq rejimi: hər gün trenajor zalında saatlarla çalışmaq
Qida rasionu: hər gün 5 dəfə 1000 kalorilik qida qəbulu.
Mənbə: Milli.Az
5 oktyabr 2013
GO BACK