Qadin.NET / Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü

Xaçmazlı pedaqoq "Tərəqqi" medalına layiq görüldü

 

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Cavanşir Rəsulov 40 ildir ki, pedaqoq kimi fəaliyyət göstərir. O, 1973-cü ildən Qalağan kənd tam orta məktəbində fizika fənnini tədris edir. 8 ildən artıqdır ki, tədris ocağında direktor vəzifəsini də icra edir. Bununla yanaşı, şagirdlərinə tədris etdiyi fənnin çətinliklərini və sirlərini öyrədən pedaqoq bu il təhsilin inkişafındakı xidmətlərinə görə “Tərrəqi” medalı ilə təltif edilib. Cavaşir Rəsulov bu mükafatın onun üçün böyük hədiyyə olduğunu bildirib. Çalışdığı məktəbin kollektivi də onun sevincinə şərikdi. Onlar Canavşir Rəsulova “Tərəqqi” medalının verilməsini qürur hissi ilə qarşılayıb və bu kimi tədbirləri dövlətin təhsilə olan diqqət və qayğısı ilə əlaqələndiriblər. Prezident İlham Əliyevin təhsil işçiləri ilə bağlı imzaladığı sərəncama əsasən, bu il ölkədə 61 müəllim “Tərəqqi” medalına 63 pedoqoq isə “Əməkdar müəllim “ fəxri adına layiq görülüb.

Mənbə: Milli.Az

5 oktyabr 2013
GO BACK