Qadin.NET / Ağ Ev: ABŞ büdcənin olmaması səbəbindən İran və Suriyaya qarşı sanksiyalar tətbiq edə bilmir

Ağ Ev: ABŞ büdcənin olmaması səbəbindən İran və Suriyaya qarşı sanksiyalar tətbiq edə bilmir

 

Ağ Ev: ABŞ büdcənin olmaması səbəbindən İran və Suriyaya qarşı sanksiyalar tətbiq edə bilmir

ABŞ-ın dövlət qurumları maliyyələşdirilmədiyindən öz əsas funksiyalarını icra edə, o cümlədən İran və Suriyaya qarşı sanksiyalar məsələsinə baxa bilmirlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cey Karni deyib. Qeyd edək ki, büdcə üzrə kompromiss əldə edilməməsi səbəbindən oktyabrın 1-dən ABŞ-ın bir çox dövlət müəssisələri bağlanıb. Bu müəssisələr arasında Maliyyə Nazirliyinin sanksiyalara görə cavadehlik daşıyan Xarici Aktivlərə Nəzarət İdarəsi də var. C.Karni bildirib ki, idarə əməkdaşlarının əksəriyyəti öz öhdəliklərini yerinə yetirə bilmir. Mətbuat katibi qeyd edib ki, ABŞ hakimiyyəti dövlət idarələrinin maliyyələşdirilməsinin bərpasına qədər yeni sanksiyalara və müxtəlif humanitar proqramlara baxa bilməyəcək.O, büdcənin tezliklə bəyənilməsinin vacib olduğunu deyib.

 

Mənbə: Trend.Az

5 oktyabr 2013
GO BACK