Misirdə devrilmiş Prezident Məhəmməd Mursinin tərəfdarları ilə asayiş keşikçiləri arasında baş vermiş qarşıdurma nəticəsində 7 nəfər ölüb, 140 nəfər xəsarət alıb.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu yerli KİV-ə daxili işlər naziri Seyid Şəfiq deyib. Bundan əvvəl 4 nəfərin həlak olduğu bildirilirdi. Polis qüvvələri tərəfindən 44 nəfərin saxlanıldığı deyilir.
Mənbə: Milli.Az