Bu gecə İranın Cənubi Xorasan vilayətinin Husf şəhərində 5 bal gücündə zəlzələ olub. Bu barədə Trend IRNA agentliyinə istinadən xəbər verir.Tehran Universitetinin Geofizika İnstitutu yanında Seymoloji Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxta saat 21:47-də baş verib. Yeraltı təkanlar nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat verilmir.
Mənbə: Milli.Az