Qoç - Qüvvə və imkanlarınızın artması, əhval-ruhiyyənizin yaxşılaşması, işlərdə aktivləşmə zamanıdır.
Alış-veriş edə bilərsiniz. Bədxərclik etməyin, diqqətli və sayıq davranın.
Günün ikinci yarısında işləyərkən detallara, tərtibata xüsusi fikir verin. Danışıqlar aparın, sənədləşdirmə ilə məşğul olun, anlaşma və ya razılaşmaya nail olun.
Yazışma, dostlarla görüşü də unutmayın.
Rəğbət təzahürləri, münasibətlərin yenilənməsi və səmimiyyətin artması maraqlarınızın təminatında müsbət rol oynaya bilər. Ailə tədbiri, ziyafət və ya səfər yaxşı keçəcək.
Ayın ən enerjili günlərindən biridir.
Buğa - Hər şey öz əlinizdədir. Aktual məsələləri həll etməyə, işləri çözməyə, gərəkli dəyişikliklər və yeniliklər etməyə tələsin.
Praktikliyi yaradıcı ideyalarla müşayiət edin. Detallara yetərincə fikir verin, mühüm heç nəyi nəzərdən qaçırmayın.
Görüş, danışıqlar, sifariş alınması və razılaşma üçün yaxşı gündür.
Günün ikinci yarısında aktivlik səviyyəsini bir qədər aşağı salın.
Səhhətinizə fikir verin. Şəxsi işlərdə nüanslar, səbr və qayğı önəm kəsb edir.
Ümumi maraqlara yaradıcı yanaşma sərgiləyin.
Əkizlər - Dəyişikliklər müsbətdir və yaxın vaxtlarda daha aktual olaraq səylərinizin yönəlməsini tələb edən mövzunu aydınlaşdıra bilər.
İşlərinizdə yaradıcı, orijinal tapıntılara ehtiyac var.
Günün ikinci yarısında ev işlərinə vaxt ayırın.
Dizayn və ya interyerdə dəyişiklik etmək, təmirlə məşğul olmaq olar.
Ünsiyyət, aktiv istirahət və yaradıcılıq yaxşı sonuclar verəcək.
Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər zamanıdır. Maraqlandığınız insanla görüşün.
Şir - Fəallığınız konstruktiv olsun və razılıq hissi yaratsın. Qarşınıza böyük məqsədlər qoymayın.
Kiçik, amma çoxsaylı və faydalı işlər görməyiniz daha məsləhətdir. Poçt qutularını yoxlayın, hadisələrin mərkəzində olun.
Əlavə iş, ideyalar və tapşırıqlara vaxtında reaksiya göstərin, onları qulaqardına vurmayın.
Günün ikinci hissəsi borcları qaytarmaq, hesabları ödəmək, iş yerində qayda yaratmaq üçün əlverişli zamandır. Yaxınlarınızın maraqlarına diqqət yetirin, yardımdan imtina etməyin.
Axşam saatlarında yeni tapıntılar və nəticələr ola bilər.
Şir - Neytral gündür. Diqqət və konsentrasiya tələb edən cari məsələlərlə məşğul olun.
İşlərdə və münasibətlərdəki xaotik, qarışıq düzəni qaydaya salın. İşlərin ayrı-ayrı mərhələlərini keyfiyyətlə yerinə yetirin.
Təfərrüatları nəzarətsiz qoymayın, alınan informasiyanı sistemləşdirin. İşdə rəhbərliklə danışıqlar aparmaq olar. Yeni iş yeri axtarırsınızsa, aktiv olun.
Günün ikinci yarısı pəhrizə, orqanizmin təmizlənməsi prosedurlarına başlamaq üçün yaxşı vaxtdır.
Evdə rahat ab-hava yaradın. Sevdiyiniz insanla həssas, qayğıkeş olun.
Qız - Yaxın gələcəkdə həll etməli olacağınız məsələlərin ilkin konturları və məqamları bəlli olur. Planları nəzərdən keçirin. Qətiyyətli və əzmli olun.
Ev işlərinə diqqət ayırmağı unutmayın.
Günün ikinci yarısında bilik və təcrübənizin artırılması ilə məşğul olun. İşgüzar danışıqlarda və görüşlərdə diqqətli olun.
Sərfəli sifarişi əldən verməyin. Vəd edilmiş işi vaxtında tamamlayın.
Yenilənmələrə stimulu təmin edəcək şəxslə əlaqə saxlayın.
Tərəzi - Gün ərzində baş verəcək bütün hadisələrdə, hətta ən kiçik olaylarda həqiqət məqamları aryın. Etdiyiniz seçimi dərhal açıqlamayın.
Ev işləri və şəxsi yaşamınızla bağlı olaylar üçün yaxşı gündür. Yeni maraq yarana bilər.
Fikir və ideyalarınızı həmfikirlərinizlə bölüşün.
Alış-veriş üçün əlverişli zamandır. Romantikaya qapılmayın, real və praktik qərarlar verin.
Yaxın ətrafınızdakı insanlara sizi rəğbət hissindən savayı nə isə bağlamalıdır.
Axşam saatlarını ailə ilə birlikdə keçirin.
Əqrəb - İnformasiya ilə məşğul olaraq fəaliyyəti yeni ideyalarla zənginləşdirmək mümkündür.
Təmaslar çevrəsini genişləndirin. Lazımi məkana yollanın, informasiyanın müstəqil axtarışı ilə məşğul olun.
Fiziki və emosional aktivlik hiss edirsiniz.
Prioritetləri dürüst müəyyənləşdirərək enerjini ən mühüm və faydalı sahələrə yönləndirin.
Dostyana ünsiyyət əhvalınızı yaxşılaşdıra bilər.
Oxatan - Aktiv həyat tərzi keçirin. Yeni işlər hazırlayın, sizə gərəkli ideya və planları reallaşdırmağa çalışın.
İşə səthi, laqeyd yanaşmaq yolverilməzdir. Xırdalıqlara və təfərrüatlara diqqət verin.
Səhihlik, səbr və yaradıcı yanaşma olarsa, irəliləyişə nail olacaqsınız.
Ciddi effekt verə biləcək çətin məsələnin həllinə başlayın. İşdə rəhbərliklə danışıqlarda gərəkli tonu tapın. Belədə müsbət sonuc əldə edəcəksiniz.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Axşam saatlarında dincəlin, xoş işlə məşğul olun.
Oğlaq - Bir qədər aktiv olsanız, gündən maksimum dərəcədə faydala bilərsiniz.
İşiniz çoxsaylı xoş detallar, sürpriz, tapıntılarla müşayiət oluna bilər. İnformasiya və ünsiyyət müstəvilərində yeniliklər var.
Ev işləri ilə məşğul olmaq fikriniz varsa, gərəkli məkana baş çəkin, gərəkli əşya, avadanlıq və ya materiallar alın.
Çətin işi özünüz görün.
Günün ikinci yarısı səfər və ya səyahətə yollanmaq olar.
Virtual səyahət, internetdə informasiya da aramaq olar. Ünsiyyətdə real və virtual görüşlər müsbət nəticə verəcək.
Dolça - Bu gün istədiyiniz sahədə çalışa bilərsiniz. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin.
İdeya mübadiləsi və ümumi perspektivlərin tərəfdaşlarla müzakirəsi əsas prioritetlər arasındadır.
Münasibətləri köklü şəkildə dəyişmək imkanı var. Maraqlı informasiya gəlirə çevrilə bilər.
Sənədlərlə iş, müxtəlif instansiyalara baş çəkilməsi, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Axşam saatları ailəvi məşvərət, maliyyə məsələlərinin və maddi durumun yaxşılaşdırılması perspektivlərinin nəzərdən keçirilməsi üçün əlverişlidir.
Balıqlar - Günün ilk yarısında cari işlərin sayı artır. Müsbət təmayüllərin təsiri çoxalır.
Tale üzünüzə gülə bilər. Xoş xəbər, yaxşı təklif alacaq və ya maraqlı insanla tarış olacaqsınız.
Toplantı, işgüzar danışıqlar üçün əlverişli zamandır. Edilən təklifləri diqqətlə dinləyin. Yaşamınızda yeni maraq peyda ola bilər.
Günün ikinci yarısında şəxsi münasibətlərdə yeni maraq peyda ola bilər.
Sevdiyiniz insanla təmaslarınızı yaxşılaşdıra biləcək nüanslara diqqət verin.
Kiçik işlər xoş ola bilər.
Mənbə: Milli.Az