Qadin.NET / Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşlarla görüşüb

Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşlarla görüşüb

 

 

Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmir rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etdi. Qəbulda kürdəmirlilərlə yanaşı, Ağsu, Hacıqabul, Ucar, Ağdaş, Ağcabədi, rayonlarından olan vətəndaşlar iştirak etdilər.
Nazirə, əsasən, ürək və böyrək xəstəliklərindən əziyyət çəkənlər, iflic xəstəliyinə tutulanlar, gözü zəif görənlər və başqaları müraciət etdilər. Nazir onların problemləri ilə bağlı müvafiq tapşırıqlarını verdi. Kürdəmir rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Tarix İslamov dedi ki, bu il ərzində daha 27 nəfər ürəyindən cərrahiyyə əməliyyatı ediləcək.

23 nəfərə böyrək köçürüləcək. Qeydiyyatda olan diabetli xəstələr insulinlə təmin olunacaq. Qeyd edək ki, bu il, Səhiyyə naziri Oqtay Şirəliyev 7 rayonda vətəndaşların qəbulunu keçirib.

 

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK