Qadin.NET / İtlər getdi balıq tutmağa

İtlər getdi balıq tutmağa

 

Bodqit və Skarper indi İngiltərədə məşhur köpəklərdir.
Onların sahibi, tanınmış fotoqraf Cek Rassel studiyasında köpəklərin fotolarını çəkib, sonra "Gedək balıq tutmağa!" (Go Fishing!) adlı təqvim hazırlayıb. "Onlar çox ağıllı, şən köpəklərdir. Əylənməyi də sevirlər. Studiyada fotolarını çəkdim, sonra bir qədər montaj, manipulyasiyalar və budur, şən təqvim hazırdır", - Cek Rassel deyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, təqvim 9,99 dollardan satışa çıxarılıb.
Mənbə: Milli.Az

 

4 oktyabr 2013
GO BACK