Qadin.NET / MSK: Məkkədə zəvvarlar üçün seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır

MSK: Məkkədə zəvvarlar üçün seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır

 

 

“Həcc ziyarətində olan vətəndaşlarımız Azərbaycan Respublikası prezidentinin seçkilərində iştirak edə biləcəklər”. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin müdiri Rövzət Qasımov verib.

R.Qasımov bildirib ki, Səudiyyə Ərəbistanı ilə diplomatik xətlərlə aparılan danışıqlar öz bəhrəsini verib. Oktyabrın 9-da – səsvermə günü Məkkədə olacaq Azərbaycan zəvvarları aktiv seçki hüququndan istifadə edəcəklər: “Azərbaycan Xarici İşlər Nazirliyindən daxil olan müraciətdə isə bildirilib ki, Məkkə şəhərində seçki məntəqəsinin təşkili istiqamətində artıq işlər aparılır”.

Qeyd edək ki, bu il Həcc ziyarətinə 3600 zəvvar gedəcək.

 

Mənbə: APA.Az

4 oktyabr 2013
GO BACK