1880-ci ildə ABŞ-ın Nyu-York şəhərindəki "JS Holler & Co's" şirkətinin sifarişi ilə hazırlanmış bu bıçaqda 100 alət var. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, indi dünyaca məşhur olan İsveçrə ordu bıçaqlarının "anası" sayıla biləcək bıçaq hazırda Birləşmiş Ştatlardakı Smitson İnstitutunun nəzdindəki Buffalo Bill mərkəzində nümayiş olunur. Almanların hazırladıqları bıçaqda ülgüc, biz, qayçılar, mişarlardan tutmuş, 22 çaplı revolverə və kamertona qədər 100 alət var.
Mənbə: Milli.Az