Qadin.NET / Səfirlik: "Macarıstana səfər etmək istəyən azərbaycanlı turistlərin sayı dəfələrlə artıb

Səfirlik: "Macarıstana səfər etmək istəyən azərbaycanlı turistlərin sayı dəfələrlə artıb

Macarıstana viza əldə etmək üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı 4 dəfədən çox artıb. Bu barədə Trend-ə Macarıstanın Azərbaycandakı konsulu, diplomatik missiyanın rəhbərinin müavini Erika Tot deyib.Onun sözlərinə görə, belə artım, ilk növbədə, Bakı və Budapeşt arasında birbaşa hava əlaqəsinin olması, həmçinin məqbul qiymətlərə əsaslanır.E.Tot deyib ki, həmçinin viza üçün bir neçə dəfə müraciət edən Azərbaycan turistlərinin sayının artması da qeydə alınıb.

Konsul bildirib: "Bu ondan xəbər verir ki, ölkəyə səfər üzrə ilk təcrübə müsbət oldu və Azərbaycan vətəndaşları Macarıstanın turizm sektorunun təqdim etdiyi servisin keyfiyyətindən məmnun qalıblar.

 

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK