Qadin.NET / Onlar xaricdən hər axşam şam yeməyi üçün Bakıya gəlirlər

Onlar xaricdən hər axşam şam yeməyi üçün Bakıya gəlirlər

Aktau oliqarxları hər axşam Bakının restoranlarında şam etmək üçün Azərbaycana gəlirlər. Milli.Az "Astana TV"-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin iclasında deputat Rauan Şaekin bildirib. Deputat bu ölkənin nəqliyyat nazirliyinə müraciət edib və xahiş edib ki, dəmir yolu və aviareyslərdəki problemləri aradan qaldırsın. O qeyd edib ki, Qazaxıstandan xarici ölkələrə uçmaq daha asandır, nəinki ölkənin başqa şəhərlərinə. "Aktaudan Bakıya Boinq təyyarəsi hər gün cəmi 40 dəqiqəyə uçur. Ona görə də yerli diaspora nümayəndələri şam yeməyi üçün Bakıya gedirlər", - o əlavə edib. 

 

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK