İngiltərə bütün dünyaya futbol sevgisini bir daha sübut etdi. Futbolun vətəni olan İngiltərə futbol sevgisini orijinal şəkildə göstərib.Milli.Az Sports-a istinadən xəbər verir ki, bu il Britaniyada 2 qurum 150 illiyini qeyd edəcək. Bunlar İngiltərə Futbol Assosiasiyası ilə London metrosudur.Bununla əlaqədər hər 2 qurum qərar verib ki, bütün metropoliten stansiyalarının adları əfsanəvi futbolçuların adı ilə əvəzlənsin.14 budaqdan və 365 stansiyadan ibarət metronun bütün dayanacaqlarının adı dəyişdiriləcək. Məsələn, qırmızı budaqda olan "Leytonstoun" stansiyası Devid Bekhemin adını daşıyacaq (çünki Devid bu stansiyanın yaxınlığında anadan olub). "Arsenal" stansiyasının adı Cek Uilşir, "Apton Park" isə Bobbi Murolacaq (İngiltərə yığmasının kapitanı, 1966-cı ildə dünya çempionu). Budaqlar klubların rənglərini alıb. Metro xətlərində İkinci Dünya Müharibəsindən əvvəl oynamış əfsanəvi oyunçuların adları da var (Eddi Xapqun və Diksi Din). "Viktoriya" budağında xanım futbolçuların adları olacaq:Kelli Smit, Reyçel Yanki və s. "Metropolitan" budağındakı stansiyalara məşqçilərin adları verilib. Bu xətdəAlf Ramzi, ser Aleks Fergüson, Qrem Teylor kimi məşhur məşqçilərin adları var. İngilislər Joze Mourinyonu da yaddan çıxarmayıblar. "Dairə" (Circle) budağı dünya çempionatının əfsanəvi oyunçularına həsr olunub, buradakı stansiyalara Pele, Maradona kimi futbolçuların adları verilib. Xarici futbolçulardan Andrey Şevçenko, Kriştianu Ronaldu, Rud Van Nistelroy, Sesk Fabreqas kimi futbolçuların da adına stansiyalar var.
Mənbə: Milli.Az