Qadin.NET / “Çox sayda tələbə xaricdə təhsil alacaq”

“Çox sayda tələbə xaricdə təhsil alacaq”

“Çox sayda tələbə xaricdə təhsil alacaq”

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan işlərin mütləq əksəriyyəti başa çatdırılıb”.Lent. az verdiyi məlumata görə, təhsil naziri Mikayıl Cabbarov bunu bu gün jurnalistlərə açıqlamasında söyləyib.Mikayıl Cabbarov deyib ki, artıq 760-dan çox azərbaycanlı gənc Dövlət Proqramının iştirakçısıdır: “Bu da ötən illə müqayisədə daha yüksək rəqəmdir. Bu il ilk dəfə olaraq hər bir iştirakçı ilə fərdi müsahibənin həyata keçirildiyini nəzərə alsaq, yəqin ki, bu iş üçün lazım olan insan resursunun və işin təşkilini qiymətləndirmək olar. Bu ilki prosesi çox uğurlu hesab edirəm. Dövlət Proqramı çərçivəsində çox sayda tələbə xaricdə təhsil alacaq”.

 

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK