Qadin.NET / Qurban bayramında ətin qiyməti nə qədər olacaq

Qurban bayramında ətin qiyməti nə qədər olacaq

Hər il Qurban bayramı ərəfəsində bəzi satıcılar ətin qiymətini süni şəkildə qaldırırlar. Hər il də İqtisadi İnkişaf Nazirliyi belə faktların qarşısını almaq üçün tədbirlər görür. Milli.Az-ın məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyev Day.Az-a bildirib ki, bu il də bu cür neqativ hallarla mübarizə aparılacaq."Antiinhisar və istehlakçıların hüquqlarının qorunması siyasəti üzrə dövlət xidməti mütəmadi olaraq yoxlama tədbirləri həyata keçirir. Bunlardan biri də qida məhsullarının qiymətinin monitorinqidir. Bayram günlərində qida məhsullarına tələbatın artdığını nəzərə alaraq, bu sahəyə daha çox diqqət yetirilir. Qurban bayramı ərəfəsində də qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınacaq", - o əlavə edib. Ətin qiymətlərinə gəlincə isə, nazirlik rəsmisi deyib ki, Qurban bayramı günündə paytaxtın müxtəlif yerlərində yarmarkalar təşkil olunacaq. Bu yarmarkalarda qiymətlər bazardan qat-qat ucuz olacaq

 

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK