Kapital Bankın MasterCard sahibləri üçün yeni şans yaranıb. Onlar MasterCard-ın Kapital Bankla birgə oktyabrın 1-dən elan etdiyi lotereyada həm özlərinə, həm də övladlarına xoş bir hədiyyə qazana bilərlər. Lotereya “MasterCard-la alış-veriş edin, övladınız üçün qiymətsiz maskot təcrübəsi qazanın və UEFA Çempionlar Liqası oyununu canlı izləyin!” devizi altında keçirilir. Burada Azərbaycandakı bütün MasterCard sahibləri iştirak edə bilərlər. Oktyabrın 1-dən 31-nə qədər Azərbaycan ərazisində istənilən MasterCard ödəniş kartı vasitəsilə hər hansı alış-veriş həyata keçirən bütün müştərilər lotereyanın iştirakçıları sayılırlar. Kart sahibi tərəfindən həmin kartlar vasitəsilə edilmiş hər bir ödəniş əməliyyatına 1 müvafiq identifikasiya nömrəsi verilir. Hər nömrə 1 uduş şansı deməkdir. Lotereyanın 3 qalibi olacaq. Onlar xüsusi proqram təminatının köməyi ilə, təsadüfi seçim prinsipi əsasında müəyyənləşdiriləcəklər. Uduş fondunda 3 hədiyyə paketi var. Hər paketə UEFA Çempionlar Liqasının 10 dekabr 2013-cü ildə Türkiyədə keçiriləcək oyununa 2 ədəd dəvətnamə (biri qalib, digəri qalibi müşayiət edən uşaq üçün), 2 nəfərlik 1 gecəlik otel, transfer xərcləri də daxil olmaqla 2 nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir. Hər bir qalib oyunda sıra düzülüşündə iştirak etməsi üçün özü ilə bir uşaq gətirməlidir. Buna görə də qalibi müşayiət edən ikinci şəxs, yaşı 7-9 arası, 110-130 sm boya malik uşaq olmalıdır. Kampaniya barədə ətraflı məlumatı Kapital Bankın 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.
Mənbə: Milli.Az