Dünyanın ən böyük və populyar sosial şəbəkəsi olan Facebook rəhbərliyi əməkdaşlar üçün şəhərcik inşa etdirməyə hazırlaşır.Milli.Az The Wall Street Journal-a istinadən bildirir ki, şəhərcikdə sosial şəbəkənin əməkdaşları üçün 394 mənzil olacaq."Anton Menlo" adlanacaq həmin şəhərcik Facebook-un baş ofisindən cəmi 10 dəqiqəlik məsafədə olacaq.Sosial şəbəkənin banisi və sahibi Mark Sukerberqin dediyinə görə, onun Menlo-Parkdakı ofisində çalışanların daha effektiv işləmələri və rahat yaşamaları üçnü belə şəhərciyə ehtiyac var. "Anton Menlo" Birləşmiş Ştatlardakı "sənaye inqilabı" dönəmlərində iri şirkətlər və konsernlərin əməkdaşları üçün inşa etdirdikləri şəhərciklərin konsepsiyasını xatırladır. Məsələn, "Reynold's Metal Company" metallurgiya şirkəti 1950-ci illərdə Missisipidə işçiləri üçün belə şəhərcik salmışdı.