
İtlər, doğrudan da, insanların yaxın dostlarıdır. Ermənistanın paytaxtında hətta bu heyvanlar ölkənin işsiz qalmış sakinlərini və onların ailələrini dolandırırlar. Anspress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, artıq bir ildir işsiz və vəsaitsiz qalan Arsen Evdcikyan ailəsini saxlaması üçün pulu "Mimi" adlı dalmatin cinsli itinin köməyi ilə qazanır. Belə ki, it 10,15, 20 dollara müxtəlif bayramları, xüsusi günlərini qeyd edən insanlara hədiyyə, gül daşıyır. "Mən orijinal ideya tapmışam və bu məndə alındı. Bu gün "Mimi" restoranlarda, təhsil ocaqlarında və sairə yerlərdə xüsusi xidmətlər göstərir". Arsenin sözlərinə görə, ən əsası isə odur ki, ailəsinin qarnı doyur və əllərinə pul keçir. Yəqin ki, "Mimi"nin nümunəsindən İrəvandakı başqa it sahibləri də istifadə etməli olacaqlar. Amma məsələ ondadır ki, bu qədər hədiyyə və gül orada kiməsə lazım olacaqmı? Axı bunlar pul deməkdir. Pul ilə bağlı Ermənistanda vəziyyət isə çox-çox çətindir.
Mənbə: Milli.Az