Qadin.NET / Sakit okeanda 5,8 bal gücündə zəlzələ olub

Sakit okeanda 5,8 bal gücündə zəlzələ olub

 

 

Sakit okeanda, Komandor adaları rayonunda 5,8 bal gücündə zəlzələ olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar bu gün yerli vaxtla 05.46-da qeydə alınıb. Zəlzələnin episentri Berinq və Mis adaları arasında Berinq adasındakı Nikolski yaşayış məntəqəsindən 77 km aralıda, 30 km dərinlikdə  qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir. 

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK