Çinin Şensi vilayəti və Quansi-Çjuan muxtar əyalətinin sakinləri nəhəng Asiya eşşəkarılarının hücumlarına məruz qalıblar. Asiya eşşəkarılarının (vespa mandarina) hücumları nəticəsində son ayda 1689 nəfər xəstəxanaya düşüb. Həmin adamların 42 nəfəri keçinib, 38 nəfər isə çox ağır, kritik vəziyyətdədir. Milli.Az Xinhua-ya istinadən bildirir ki, təhlükəli həşəratlar əvvəllər də Şensi vilayətində böyük problemlər yaradırdı. Amma onların adam öldürdükləri barədə məlumatlar alınmamışdı. İndi isə vilayətdəki şəhərlərdə, xüsusilə də Hanjun və Şanloda eşşəkaralırı ilə polislər, yağınsöndürənlər və meşəbəyilər mübarizəyə başlayıblar. Onlar meşələri və kolluqları dolaşır, eşşəkarılarının pətəkləriylə yuvalarını dağıdırlar. Dünyanın ən böyük eşşəkarısı olan Asiya eşşəkarısının uzunluğu 5 sm, qanadlarının uzunluğu isə 7,5 sm-dir. Təqribən 6 mm uzunluğunda iynəyə malik olan bu eşşəkarısı insanı vuranda bədənə sanki qaynar mismar batırırlar.Asiyada hər il ən azı 40 nəfər bu eşşəkarılarının vurması nəticəsində yaranan anafilaktik şokdan ölür. Alimlərin fikrincə, Asiya eşşəkarılarının Çindəki aktivliyinin səbəbi quraqlıqdır. Bəzi ekspertlər isə hesab edirlər ki, ekoloji dəyişikliklər nəticəsində Çində həşəratlar və quşların sayı azalıb.
Mənbə: Milli.Az