Qadin.NET / İtaliya sahillərində faciə: 300 nəfər öldü

İtaliya sahillərində faciə: 300 nəfər öldü

 

İtaliyanın Lampeduza adasının sahillərində gəminin batması nəticəsində ölənlərin sayı 300-ə çatıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 92 nəfərin öldüyü barədə xəbər verilirdi.Sahil mühafizə xidmətinin gəmiləri və yerli balıqçılar 151 nəfəri xilas edə bilib. Ötən günün axşam saatlarınadək sudan 3 uşaq və 2 hamilə qadın daxil olmaqla daha 104 nəfərin meyiti çıxarılıb. Hadisə yerində axtarış  aparan dalğıclar 40 metr dərinlikdə batan gəmidə hələ onlarla insan cəsədinin olduğunu bildiriblər.Qeyd edək ki, göyərtəsində 500 miqrantın olduğu və uzunluğu 20 metr olan gəmi Liviyanın Misurata limanından İtaliya istiqamətində hərəkət edərkən mühərriki sıradan çıxıb. Gəmidə olan sərnişinlərin diqqətsizliyi nəticəsində baş vermiş yanğından sonra isə gəmi batıb.

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK