Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Miladi: 04 oktyabr 2013

Hicri: 28 Zülqədə 1434
İlin 277-cı günü
İlin sonuna 88 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 06.31
Günəş - 07.40
Zöhr - 13.33
Əsr - 17.15
Məğrib – 19.33
İşa – 20.50
1582 - Qriqorian təqvimi qəbul olunmuşdur.
1675 - Holland fizik Hügens cib saatına patent almışdır.
1824 - Meksika Respublikası elan edilmişdir.
1830 - Belçika müstəqillik əldə etmişdir.
1853 - Osmanlı və Rus imperiyaları arasında Krım müharibəsi başlamışdır.
1883 - İstanbul-Paris dəmir yol xətti açılmışdır.
1895 - Məşhur sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge (1895-1944 ) Bakıda, alman kolonistlərinin ailəsində anadan olub. SSRİ ilə Almaniya arasında müharibə öncəsi Sovet İttifaqı rəhbərliyinə ən məxfi məlumatları ötürüb. 1941-ci ildə Yaponiyada həbs olunub, 1944-cü ildə öldürülüb.
1911 - Dünyada ilk eskalator Londonda quraşdırılmışdır.
1924 - Azərbaycanın tanınmış opera müğənnisi Sona Aslanova anadan olub. 
1946 - Amerikalı aktrisa Syuzan Serendon anadan olub.
1952 - Duayt Eyzenhauer ABŞ prezidenti seçilmişdir.
1957 - SSRİ tərəfindən Yerin ilk süni peyki buraxılmışdır.
1958 - Fransada yeni konstitusiya qüvvəyə minmişdir.
1959 - Sovet kosmik aparatı ayın görünməyən hissəsinin şəklini çəkmişdir.
1976 - Amerikalı aktrisa Alisiya Silverstoun anadan olub. 
1980 - 38 müsəlman dövləti Əfqanıstandan sovet qoşununun çıxarılması üçün BMT-yə müraciət etmişdir.
1983 - Quruda sürət rekordu qırılıb. 
1991 - Keçmiş Sovet Sosialist Respublikaları rəhbərləri iqtisadi əməkdaşlıq haqqında saziş imzalamışlar. Baltikyanı ölkələr bu sazişi imzalamadan imtina etmişlər.
1991 - Erməni silahlı dəstələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni və Hadrut rayonlarında azərbaycanlı yaşayış məntəqələrinə hücumlara başlayıblar. Halbuki bundan az öncə Ermənistan və Azərbaycan rəhbərliyi münaqişənin sülh yolu ilə nizamlanmasına dair razılığa (23 sentyabr, Jeleznovodsk) gəlmişdi. İki ay sürən silahlı basqınlar nəticəsində 30-dan çox yaşayış məntəqəsində azərbaycanlı əhalinin etnik təmizlənməsi həyata keçirildi. Regiondakı SSRİ Daxili Qoşunlarının bölmələri baş verənlərə seyrçi idi.
1994 - Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısı alınmışdır.
2000 - Azərbaycanlı bəstəkar Tofiq Quliyev vəfat edib.

Mənbə: Milli.Az

4 oktyabr 2013
GO BACK