Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, temperaturun 8°-dək aşağı enəcəyi, yağış yağacağı gözlənilir. Gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.
Temperaturun günün birinci yarısında 17-19°, günün ikinci yarısında 14°-dək, Bakıda günün birinci yarısında 17-19°, günün ikinci yarısında 14°-dək isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz , gündüz 60-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Temperatur gecə 5-10°, gündüz 17-22° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi yerlərdə intensivləşəcək.
Temperatur gecə 4-9°, gündüz 9-13° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacaq, arabir yağış yağacaq.
Temperatur gecə 9-14°, gündüz 16-21° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir.
Temperaturun gecə 7-12°, gündüz 13-18° isti olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 10-15°, gündüz 16-21° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara Rayonlarında səhər və gecə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-16°, gündüz 17-21° isti, dağlarda gecə 6-11°, gündüz 12-17° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 4-5-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi və temperaturun 5-10° enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Oktyabrın 6-7-də temperatur rejiminin iqlim normasından aşağı olmasına baxmayaraq, oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Mənbə: Milli.Az