Qadin.NET / Günün ulduz falı - 04.10.2013

Günün ulduz falı - 04.10.2013

Qoç - işi ön plana çıxarın və çözüləndən sonra nizam, təşkilatlanmış yaşam hissi yaradacaq xırdalıqlara xüsusi fikir verin.
İşdə yerdəyişmə, yeni layihəyə başlamaq, sifarişin müzakirəsi üçün yaxşı vaxtdır.
Özünüzü yaxşı hiss etməsəniz, profilaktiki və malicəvi tədbirlərdən yararlanın.
Günün ikinci yarısı sağlam həyat tərzi ilə bağlı istək və ideyalardan real işə keçmək üçün əlverişli zamandır.
Şəxsi münasibətlərdə qarşılıqlı yardımlar, qayğı və istənilən məsələni sakit müzakirə etmək bacarığı xüsusi əhəmiyyət kəsb edir.
 
Buğa - yaradıcı ideyalarla bol gündür. İşi elə təşkil edin ki, prosesin özündən razı qalasınız. Yaşam arealını qaydaya salın, kompüterdəki informasiyalara bir daha göz gəzdirin.
Fikir və prioritetlər "durulub" yerbəyer olacaqlar.
Günün ikinci yarısı fiziki prosedurlara, pəhrizə başlamaq üçün əlverişlidir. Hobbi və ya təmir işləri üçün materiallar, gərəkli avadanlıq və ya əşyalar almaq olar.
Çox danışmayın. Yeni və faydalı informasiyadan bəhrələnin.
Şəxsi münasibətlərdə tərəfdaşa yardım, kiçik və faydalı hədiyyələr önəm kəsb edir.
 
Əkizlər - yaşam arealında dəyişikliklər etmək üçün əla gündür. Zərurət duyulan məkanda qayda yaradın.
Sizi maraqlandıran məsələləri yaxın ətrafınızdakı insanlarla müzakirə edin. Faydalı, məlumat mübadiləsini nəzərdə tutan müzakirə aparın.
Cari məsələlər rəğbət səviyyəsində həllini tapır. Gərəkli anda yardım ala bilərsiniz.
Günün ikinci yarısında yaşamınızda baş verən hadisələrdə maraqlı dönüş nöqtəsi olacaq.
Nüansları izləyin, təfərrüatlara varın, ən mühüm məqamı əldən verməyin.
 
Xərçəng - son hadisələr və alınan xəbərlərin məcrasında perspektivləri təhlil edərək hədəf və məqsədləri dəqiq müəyyənləşdirin.
Ünsiyyəti minimum həddə çatdırın, düşünmək üçün sakit şəraitə nail olun.
Proseslərə yaradıcı təsir və rutin işlər cari situasiyanın aydınlaşdırılmasına, seçim etməyə təkan verəcək.
Günün ikinci yarısında yarımçıq işlərin başa çatdırılmasına başlayın.
Qayğıkeş, həssas olun. Yaxınlarınıza diqqətlə qulaq asın.
Səfər və səyahət üçün faydalı gündür.
Axşam saatlarında aktiv istirahəti seçin.
 
Şir - günü fayda ilə keçirin. Təxirəsalınmaz həll tələb edən məsələləri çözün, daha çox kiçik işləri görün. Ətrafınızda qayda və nizamın hakim olmağa başladığına əmin olun.
Səhhətiniz üçün profilaktiki tədbirlər görün.
Şəxsi münasibətlərinizdə maraq və niyyətlərinizlə bağlı bütün sahələrdə qətiyyətli, inadkar olun. Tərəfdaşınız da eynən bu sayaq davrana bilər.
İşgüzar əlaqələr, toplantı, yazışma məhsuldar olaraq fəaliyyətinizdə irəliləyişə səbəb ola bilər.
Görüş və səfəri təxirə salmayın.
İmkanlardan tam yararlanın.
 
Qız - ayın ən yaxşı günlərindən biridir. Yeni işə başlamaq, gərəkli material və avadanlıq almaq, işlə bağlı problemləri həll etmək olar. Ehtiyac yaranarsa, həkim müayinəsinə yollanın, diaqnostikadan keçin, yeni müalicə kursuna başlayın.
Gərəksiz əşyalar və mənasız illüziyalardan qurtulun. Yaşam arealı və iş yerində qayda yaradın.
Günün ikinci yarısında işgüzar görüşlərin əla əməkdaşlıq potensialı var. Qiymətli məsləhət və ya informasiya da alına bilər.
Şəxsi münasibətlər müstəvisində əhəmiyyətli qərarlar vaxtıdır. Təşəbbüs və qərar sizindir.
 
Tərəzi - son günlər yaranan sədlər və formalaşan maneələr günün ilk yarısından etibarən tədricən yox olmağa başlayacaq.
Əvvəlki günlərlə müqayisədə şanslar və imkanlar daha çoxdur. Uğura nail olmaq üçün təşəbbüs göstərin, fəallaşın. Münasibətlərin üzə çıxmayan məqamlarını nəzərə alın.
Çətin situasiyalarda diqqətsiz olmayın. Situasiyanı qəflətən dəyişən hadisə baş verəndə bütün işləri təxirə salaraq təcili işlə məşğul olun. Bundan sonra necə hərəkət etməyinizlə bağlı sizi düşünməyə vadar edəcək xəbər alınacaq.
Yeni oyun qaydalarının qəbulu, olayların digər maraqlı şəxslərinin tələbləriylə razılaşmaqla bağlı düşünün.
Axşam saatları sakitdir. Yaxşı dincəlin.
 
Əqrəb - kollektiv fəaliyyət, intellektual fəaliyyət, treninq, seminar və ya vebinar sizi maraqlandıran məsələ ilə bağlı önəmli məlumat verə bilər. Digər mövzularda da əhəmiyyətli xəbərin alınması istisna deyil.
İşin gedişatını və ya işgüzar tərəfdaşlarla münasibətləri dəyişə biləcək olay yaşana bilər.
Proses başlayıbsa, heç nəyi dayandırmaq mümkün deyil.
Günün ikinci yarısında aktiv olun. Yaradıcılıq layihələrində işə bütünlük və xüsusi məna verən məqam aşkarlanacaq.
Səhhətinizin qeydinə qalın. Ətrafınızdakı hadisələri diqqətlə müşahidə edin. Qüvvələrinizi bərpa etmək üçün axşam saatlarında normal istirahət edin.
 
Oxatan - gümrah, aktiv, enerjilisiniz. Lakin hadisələrin axarına süni təkan etməyin, olayların məcrasına müdaxilədən çəkinin. Lazım olduğunuz yerə vaxtında çatacaqsınız.
Məsləhət və əməldə simiclik etməyin. Həmfikir və ümumi işiniz olarsa, sürətlə irəliləyə bilərsiniz. İşgüzar münasibətlərə romantik təmasları qatmayın.
Perspektivlə bağlı anlaşma əldə etmək, xoş təəssürat yaratmaq, bilik və istedadınızı, bacarıq və məlumatlarınızı nümayiş etdirmək üçün yaxşı vaxtdır.
Yeni işə düzəlmək, işgüzar danışıqlar aparmaq, yaşamınızda əhəmiyyətli qərarlar qəbul etmək istəyirsinizsə, ləngiməyin. Sabah yenə də əlavə iş görmək olar.
İmkanlardan maksimum istifadə edin.
 
Oğlaq - uğurlarınızı və nailiyyətlərinizi ön plana çıxarın. Münasibətlərə yeni məzmun verin, tərəfdaşlarla planları müzakirə edin. Bacarıq və biliklərinizə tələbat yaranıb. Cazibədar, maraqlı təklif ala bilərsiniz.
Nikbin olun, zahiri görünüşünüzə fikir verin.
Günün ikinci yarısında yaxşı gəlir vəd edən təklif ala bilərsiniz.
Fəqət unutmayın ki, işi tərəfdaş və ya şəriklə görməlisiniz. Çalışıdğınız insanın kimliyi və ya aradığınız əlavə imkanların tipləri fəaliyyət sürətinizə təsir edəcək.
Aktiv olun, sürətlə çalışın.
Uğurlu gün olduğundan qərarlar və işləri təxirə salmayın.
 
Dolça - fəaliyyətinizdə və yaşam tərzinizdə dəyişikliklər günüdür. Yığılmış informasiya, təmas və əlaqələrdən praktiki istifadə edin.
Keyfiyyətə xüsusi fikir verin. Eyni vaxtda bir neçə məsələni diqqətdə saxlayın.
Anlaşma və perspektiv əməkdaşlığın müzakirəsi üçün əlverişli gündür.
Detallara fikir verin, əldə etdiyiniz təcrübədən bəhrələnin. Arzularla illüziyalar arxa plana keçməlidir.
Şəxsi münasibətlərdə konkret yardım və qayğı sözlərdən önəmlidir. Hədiyyələr yaxşı qəbul olunacaq.
 
Balıqlar - yaşam qarşınızdakı sədləri və maneləri çətinləşdirdikcə, işinizin effektivliyini artırın. Kreativliyinizi nümaiyş etdirin, çox çalışın. Amma bilin ifrata varsanız, səhhətinizdə problemlər yarana bilər.
Günün ikinci yarısı fərdi yaradıcılıq, dostlarla ünsiyyət, görüş və səfərlər üçün əlverişlidir.
Xərcləriniz məntiqi olmalıdır. Bədxərclik etməyin.
Maraqlarınız, habelə təmir və dizayner işləri üçün materiallarla avadanlıq almaq olar.
Şəxsi münasibətlərdə kiçik məsələlərə, xırda təfərrüatlara fikir verməyin. Sevdiyiniz insanı diqqət və qayğınızla sevindirin.
Mənbə: Milli.Az
4 oktyabr 2013
GO BACK