Qadin.NET / Satıcı bilmədən alıcıdan artıq pul alsa...

Satıcı bilmədən alıcıdan artıq pul alsa...

 

 

Satıcı bilmədən alıcıdan artıq pul alsa, sonra bunu bilsə, amma həmin alıcını tapmaq mümkün olmasa, nə etməlidir?

Milli.Az İslam.az-a istinadən bildirir ki, hər şeydən əvvəl, satıcı həmin alıcını axtarıb-tapmağa çalışmalıdır. Əgər bu mümkün olmasa, artıq aldığı pulu bir müddət özündə saxlaması məsləhətdir ki, alıcı geri qayıdıb pulunu tələb etsə, onu qaytara bilsin.
Alıcının qayıdıb gələcəyindən ümidini üzəndən sonra satıcı həmin pulu onun əvəzindən sədəqə verməlidir. Yəni pulu ehtiyaclı fəqirə verib, savabını alıcıya bağışladığını niyyət etməlidir. Artıq alınmış pulu heç bir bəhanə ilə mənimsəmək olmaz; bu, qəsbdir və haramdır.
Mənbə: Milli.Az

 

3 oktyabr 2013
GO BACK