Qadin.NET / 60 milyon dollarlıq brilliant

60 milyon dollarlıq brilliant

 

Çəhrayı brilliantın çəkisi 59,6 karat təşkil edir
Milli.Az Anspress-ə istinadən bildirir ki, "Sotheby`s" hərrac evi dünyanın ən bahalı brilliantlarından birini hərraca çıxarmağa hazırlaşır. Söhbət hazırda Honq-Konqda nümayiş etdirilən "Pink Star" adlı çəhrayı brilliantdan gedir. Qiymətli daşın çəkisi 59,6 karat təşkil edir və bu, indiyədək hərraca çıxarılmış ən bahalı brilliant olacaq. Ekspertlər bu qiymətli daşı təxminən 60 milyon dollar dəyərində qiymətləndirirlər. Çəhrayı brilliantın hərracı noyabrın 13-də Cenevrədə keçiriləcək. İngilis dilindən tərcümədə "çəhrayı ulduz" mənasını verən "Pink Star" öz çəkisinə görə 2010-cu ildə "Sotheby`s" hərracında satılmış "Graff Pink" brilliantından 2 dəfə böyükdür. Həmin brilliant 45,6 milyon dollara satılmışdı.

 

 

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK