Net Applications tədqiqat şirkətinin məlumatlarına əsasən, Internet Explorer (IE) brauzerlər xəttinin payı artmağa davam edir.
Sentyabr ayının nəticəsinə görə Microsoftun brauzerinin payı 57.8% olub ki, bu da 2013-cü ilin avqust ayının göstəricisindən çoxdur. Firefox brauzeri (18.6%) ikinci yerdə qərarlaşıb. Chrome brauzerinin bazar payı 0.4% azalaraq 15,96% olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Internet Explorer brauzer xətti arasında ən geniş yayılmış 21,41% bazar payına malik səkkizinci versiya (IE 8) olub.
Mənbə: Milli.Az