Qadin.NET / Təhsil Nazirliyi: Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı təlimat mövcud deyil

Təhsil Nazirliyi: Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı təlimat mövcud deyil

 

Beynəlxalq Müəllim Günü ilə bağlı şagirdlərdən pul yığılması baş verən konkret məktəb haqqında imzalı məlumat daxil olarsa, həmin fakt araşdırıla və bununla bağlı tədbir görülə bilər.
Bunu Trend-ə Təhsil Nazirliyindən 5 oktyabr - Beynəlxalq Müəllim Gününün məktəblərdə məcburi şəkildə qeyd edilməsinə münasibət bildirərkən deyiblər. Nazirlikdən bildiriblər ki, Beynəlxalq Müəllim Gününün məktəblərdə qeyd olunması ilə bağlı hər hansı bir təlimat mövcud deyil. Məktəbin rəhbərliyi kollektivin ümumi iclasında müəllimləri bu münasibətlə təbrik edə bilər. Lakin həmin günün qeyd olunması ilə əlaqədar şagirdlərə hər hansı bir formada təsir göstərilməsi yolverilməzdir.
 Mənbə: Trend.Az

 

3 oktyabr 2013
GO BACK