Azərbaycanda real bilik defisiti var. Hesab edirik ki, bu tendensiya getdikcə cəmiyyətdə dərinləşəcək. Real biliyə qiymət veriləndə diplom xatirinə oxuyanlar işsiz qalacaqlar.Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun BayramovVII Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Azərbaycandakı ali təhsil müəssisələri real olaraq yaxşı keyfiyyətli təhsil verə bilsələr, onların kadrlarına hər zaman ehtiyac yaranacaq. Nazir müavini hesab edir ki, diplom alan hər kəs öz biliyini sübut etməlidir: "Xaricdə təhsil alan gənclərin Azərbaycanda işlə təmin olunmaması ilə bağlı fikirlə də razı deyiləm. Çünki burada əsas diploma deyil, güclü biliyə önəm veririk. Bizdə nə qədər ki, diplom önəmli olacaq, biz gənclərin işlə təminatı kimi problemləri aradan qaldıra bilməyəcəyik". C.Bayramov qeyd edib ki, hər bir kəsin istənilən xarici dövlətdə ali və yaxud digər təhsil pilləsi üzrə təhsil almaq hüququ var. Həmin ali təhsil sənədinin Azərbaycanda tanınması üçün müəyyən prosedurlar var: "Əgər hər hansı bir insan xaricdə ali təhsil alırsa və onun təhsilini təsdiq edən sənəd varsa, onu Təhsil Nazirliyinə təqdim etməlidir. Əgər təhsil sənədi bizim prosedurlara uyğundursa, o, nortifikasiyadan keçir və nəticə olaraq onun sənədi təsdiqlənik. Bu cür xaicdə təhsil almış gənclərin Azərbaycanın təhsil sisteminə ixtisas uyğunluğu barədə sənəd verilir". C.Bayramov bəzi azərbaycanlı gəncərin xarici ölkələrin birbaşa 3-4-cü kursuna daxil olması və belə tələbələrin sənədlərinin tanınıb-tanınmaması məsələsinə də aydınlıq gətirib: "Bəzi insanlar var ki, xaricdə birbaşa 3 və yaxud 4-cü kursa qəbul olunurlar və bu kursları bitirdikdən sonra sənəd alırlar. Biz bu cür sənədləri araşdırırıq. Həmin şəxsin faktiki olaraq ali təhsil müəssisəsində oxyub-oxumamasına dair sorğular aparırıq. Bununla bağlı şəxsin həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Miqrasiya Xidmətindən məlumatlar əldə edirik". Nazir müavini bildirib ki, sözügedən təhsil müəssisəsi öz ölkəsində akkreditasiyadan keçməli və lisenziyası olmalıdır: "Hər hansı bir şəxs xarici təhsil müəsissəsində bakalavr səviyyəsi üzrə 1-2 il, magistratura səviyyəsi üzrə 6 ay təhsil alırsa, ona Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması iə bağlı sənəd verilmir. Çünki bu cür təhsil alan şəxslər Təhsil Nazilriyinin tətbiq etdiyi proqram və tələblərə uyğun gəlmirlər".
Mənbə: Milli.Az