İranın birinci vitse-prezidenti İshaq Cahangiri Ermənistanla hər sahədə əlaqələri inkişaf etdirməyə çağırıb.
APA-nın “Armenpress” saytına istinadən verdiyi məlumata görə, bu barədə İ. Cahangiri bildirib.
O, Tehranla İrəvan arasında xüsusilə siyasi, mədəni və iqtisadi sahələrdə münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
İ. Cahangiri əlavə edib ki, iki ölkə arasında enerji sahəsində yüksələn əlaqələr mövcuddur, son 6 il ərzində İran Ermənistana elektrik enerjisi ilə barter qaydasında 1,5 mlrd. kub metr qaz nəql edib.
Ötən il isə İran Ermənistana eyni qaydada 481 mln. kub metr qaz verib.
Mənbə: APA.Az