Qadin.NET / Zəhərli qaza və işğala qarşı ana çiçəkləri

Zəhərli qaza və işğala qarşı ana çiçəkləri

Fələstinli ana oğlunun da həlak olduğu məkanda çəkilmiş tikanlı məftillərə qarşı üsyan edir. Onun üsyanı hayqırtı, göz yaşları, nalə və fəryad deyil. Həmin qadın viran edilmiş evinin yerinə çəkilmiş tikanlı məftillərin kənarında kiçik bağça yaradıbBağçadakı güllər tikanlı məftillərin arasındadır.Gözyaşardıcı qaz kapsullarının içində...Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İordan çayının qərb sahilində, Fələstinin paytaxtı Rəmalla şəhərinin yaxınlığındadır. İsrailin işğal etdiyi bu ərazilərdə israillilərin paytaxtı Təl-Əvivin göstərişi ilə yeni yəhudi qəsəbəsi salınıb.Bilin kəndində yaşayan qadın iki oğlunun qətlə yetirildiyi, bir zamanlar evinin olduğu məkandakı bağını "üsyan" sayır. "Artıq heç nədən qorxmuram. Onların bizə atdıqları gözyaşardıcı qumbaraların korpuslarında çiçəklər əkdim, bağ saldım. Başımıza müsibətlər gətirənlər qoy, utansınlar", - iki oğlu şəhid olmuş fələstinli ana deyib.

 

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK