Qadin.NET / "The Simpsons" sevənlərə bəd xəbər

"The Simpsons" sevənlərə bəd xəbər

Dünyanın ən məşhur animasiya seriallarından olan, 25 ildən bəri nümayiş edilən "The Simpsons" fanatlarını pis yenilik gözləyir.Milli.Az AHT-yə istinadən bildirir ki, serialın prldüseri Al Cinin dediyinə görə, "The Simpsons"ların əsas obrazlarından biri bu mövsümdə "öləcək".O, serialdan "silinəcək" obrazın adlarını açıqlamayıb. Bəzi iddialara görə, həmin "ölüm"ə ən iddialı obrazlar Saydşou Bob, baba Simpson və təlxək Krastidir. Serialda axırıncı "ölən" "The Simpsons"un 14-cü mövsümündə ssenaridən çıxarılmış Modi idi. O, Ned Flandersin arvadı idi.

 
Mənbə: Milli.Az
3 oktyabr 2013
GO BACK