Qadin.NET / 4 aylıq uşağın ölümdən möcüzəli qurtuluşu

4 aylıq uşağın ölümdən möcüzəli qurtuluşu

4 aylıq qız suyun altında 4 dəqiqə qalsa da, ölməyib. Onu anası sudan çıxarıb, 3 dəqiqə ərzində süni tənəffüslə ürəyinin döyünməsinə çalışıb.Və sonucda məqsədinə çatıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hadisə İngiltərənin Linkolnşir qraflığındakı Speldinq şəhərində baş verib. 21 yaşlı Beki Tompson 4 aylıq qızı İmoceni körpələr evinə aparırdı. O, qəflətən avtomobil üzərində idarəetməni itirib və "Peugeot 206" avtomobili yol kənarındakı su kanalına düşüb.Maşın suyun altına doğru gedəndə Beki qapını zorla açıb, üzüb suyun üzünə çıxıb.Sonra o, geri qayıdıb və qızını maşından çıxarıb.Balaca İmocen 4 dəqiqə suda qalmışdı.Anası onun nəfəs almadığını görəndə süni tənəffüs əməliyyatına başlayıb və 3 dəqiqə davam edən səylərdən sonra İmocen yenidən nəfəs almağa başlayıb. 5 yaşlı Aleksis və 4 aylıq İmocenin anasının dediyinə görə, qızı nəfəs almadığı anlarda "o dünyanı görüb gəldi": "Tanrıma yalvarırdım ki, qızımı əlimdən almasın. O, dualarımı eşitdi". Məşhur pediatr Tim Abhi bu olayı şərh edərkən söyləyib: "Balaca uşaq soyuq suya düşəndə anadangəlmə reflekslər işə düşür və nəticədə uşağın orqanizmindəki metabolizm zəifləyir, oksigenə tələbat azalır. Bundan başqa, uşağın boğaz əzələləri yığılır və suyun ağciyərə düşməsinin qarşısını alır. Sonradan effektiv reanimasiya olarsa, uşağı xilas etmək mümkündür".

 

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK