Çinin Huaşi əyalətindəki xəstəxanalardan birində unikal cərrahiyyə əməliyyatı həyata keçirilib.Milli.Az Xinhua-ya istinadən bildirir ki, 2 yaşlı Hao Fen qarnındakı kəskin ağrılardan şikayətlənir, sürəkli ağlayırdı. Bu oğlan uşağının ağrılarına son qoymaq və onu müalicə etmək üçün valideynləri Haonu xəstəxanaya apardılar.Müayinə zamanı isə Haonun qarnında onun əkiz qardaşının olduğu aşkarlandı.Haonun mədəsində böyüyən həmin embrion cərrahiyyə əməliyyatı ilə çıxarılıb.Həkimlərin dediklərinə görə, tək yumurta əkizi olan bu qardaşlardan biri o birinin mədəsində böyüyüb. Hao 2 yaşına çatanda qarnındakı qardaşı onun mədəsini az qala bütünlüklə tutmuşdu.Həmin parazit embrion Haonun mədəsinə xəsarət verdiyi üçün həkimlər uşağın mədəsinin böyük qismini kəsib götürmək məcburiyyətində qalıblar. "Bu əməliyyat aparılmasaydı, Haonun mədəsindəki qardaşı daha da böyüyəcək, Haonun ölümünə səbəb olacaqdı", - çinli həkimlər deyiblər.
Mənbə: Milli.Az