Qadin.NET / Qeyri-sabit hava oktyabrın 8-dək davam edəcək

Qeyri-sabit hava oktyabrın 8-dək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 4-nə gözlənilən hava proqnozunu açıqlayıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş direktorunun müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi  məlumata görə,  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, güclü şimal küləyinin əsəcəyi, temperaturun 8 dərəcəyə qədər aşağı enəcəyi, yağış yağacağı gözlənilir. Havanın temperaturu günün birinci yarısında 17-19, günün ikinci yarısında 14 dərəcə təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə, gündüz  9-13  dərəcə isti gözlənilir. Oktyabrın 4-5-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişilməsi, güclü xəzri küləyi və temperaturun 5-10 dərəcə enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Oktyabrın 6-7-də temperatur rejiminin iqlim normasından aşağı olmasına baxmayaraq, oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 8-dək davam edəcək.

 

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK