“Hələlik karyeramı bitirməklə bağlı qərar verməmişəm. Haqqımda yayılan məlumatlar düzgün deyil. Artıq qərar verməyimlə bağlı deyilənlərin hamısı yalandır”. Bu sözləri apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının üzvü Elnur Məmmədli deyib.Pekin Olimpiadasının qalibi karyerasını 25 yaşında bitirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Aldığım zədələrdən əziyyət çəkirəm. Bu, mənə məşqlərimi davam etdirməyə imkan vermir. Bu üzdən də çıxışlarımı müvəqqəti dayandırmışam. Zədələrin müalicəsi ilə məşğulam. Yekun qərarım da müalicənin nəticəsindən asılı olacaq. Ola bilsin ki, 1 aydan sonra hər şeyə aydınlıq gəlsin. Onda ya karyeramı bitirəcəm, ya da uğurlarımla xalqımızı sevindirməyə davam edəcəm”.Qeyd edək ki, Məmmədlinin hesabında Olimpiya çempionluğu ilə yanaşı, dünya çempionatının gümüş, Avropa çempionatının 2 qızıl medalı var.
Mənbə: Milli.Az