
Ölkədə defolt gözlənilir. Bu barədə Uoll-Stritdəki investorlar prezidentObamanı xəbərdar ediblər. "Bizdə hökumətin bağlanması təcrübəsi olub, ancaq hələ defolt olmayıb". Milli.Az xəbər verir ki, bu sözləri "Goldman Sachs" direktorlar şurasının sədriLloyd Blankfeyn deyib.Uoll-Stritin nəhəng banklarının rəhbərləri hesab edirlər ki, ABŞ-ı gözləyən defolt ölkə üçün böyük fəlakət olacaq. İnvestorlar ABŞ hökumətini Koqresslə tezliklə razılıq əldə etməyə çağırıblar.
Mənbə: Milli.Az