
Çinin Şonquan vilayətində kəşf edilmiş mağaralar sistemi dünyanın ən unikal ekosisteminə malik məkanlarından biri sayıla bilər. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Mançester şəhərindən olan Kever Robbinin başçılıq etdiyi speleoloqlar qrupu Sanq Vanq Donq mağaralarına eniblər. K.Robbinin dediyinə görə, mağaralar sisteminin mərkəzi "zalı" olan "Buludlar pilləkəni" adlanan məkanın sahəsi 51 min kvadrat metrdən artıqdır. Həmin sistem Niubizi Tyan Kenq mağaralar sisteminə birləşir. İngilis speleoloqlar unikal mağaralar sisteminin fotolarını çəkiblər. "Bu mağaralardan bəziləri nitrat mədənləri olub və şaxtyorların apardıqları qazıntı işləri var. Lakin mağaraların əsas hissələri indiyədək kimsə tərəfindən araşdırılmayıb", - Kever Robbi deyib.
Mənbə: Milli.Az