Amerikanın Federal Təhqiqatlar Bürosu Silk Road saytının sahibi Uilyam Ross Ulbrixti həbs edib. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Ulbrixt narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, hakerlik, çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd edək ki, Silk Road saytı qadağan edilmiş maddələrin satışı ilə məşğuldur.
Mənbə: Milli.Az