Dünyanın ən zəngin iş adamlarından biri, rusiyalı oliqarx Aleksandr Melniçenko ABŞ-dakı "Akzo Nobel" şirkətini məhkəməyə verib. 14,4 milyard dollarlıq varidatın sahibini "cin atına mindirən" məqam isə onun "A" adlı superyaxtasının pis boyanmasıdır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 350 milyon dollarlıq yaxtanın saxlanması ilə bağlı illik xərclər 20 milyon dollardan artıqdır. 42 yaşlı mildyarder də yaxtanı yenidən boyamaq fikrinə düşmüş və "Akzo Nobel" şirkətinə bunun üçün 3,4 milyon dollar ödəmişdi. Fəqət, yaxtanın boyanması milyarderi narazı salıb. O, Nyu-Cersi məhkəməsinə şikayət edərək "Akzo Nobel"dən 100 milyon dollar məbləğində təzminat tələb edir. Andrey Melniçenkonun xanımı Aleksandranın dediyinə görə, şirkət yaxtanı boyamaq əvəzinə, onu "pis günə qoyub". Milyarderin təzminat tələbinə yaxtanın yenidən boyanması ilə bağlı xərclər, habelə boyanma üçün gərəkli 18 ay ərzində Melniçenkonun kirayəyə götürəcəyi başqa yaxta üçün aylıq 3,5 milyon dollarlıq icarə məbləği daxildir. Andrey Melniçenko xanımı Aleksandranın şərəfinə yaxtasına "A" adını vermişdi. Yaxtanın interyer dizaynı məşhur fransız Filipp Starka məxsusdur. Andrey Melniçenkonun İngiltərənin Berkşir qraflığındakı Askot səmtində 32 milyon dollarlıq "Hervud" adlı malikanəsi var.