Qadin.NET / Bakıda valideyn uşağı üçün bağça tapa bilmir

Bakıda valideyn uşağı üçün bağça tapa bilmir

 

Bakı şəhərində uşaq bağçaları ilə bağlı vəziyyət həll edilməmiş qalıb. Milli.Az-a uşaq bağçası axtaran valideynlərin şikayəti belə düşünməyə əsas verir. Növbəti şikayəti Nizami rayon sakini olan Elmira adlı oxucu edib. Şikayətçi yazır ki, 5 yaşında bir oğlu var. Onu neçə müddətdir çalışsa da, uşaq bağçasına düzəldə bilmir.“Dəfələrlə müraciət etmişəm, Keşlə qəsəbəsində olan bağçalara dəfələrlə üz tutmuşam, bir cavab var: “yer yoxdur”. Uşağım bir ildən sonra orta məktəbə gedəcək, məktəbəqədər bağçaya getməsi lazımdır. Ancaq 2 ildir uşağı bağçaya qoya bilmirəm. Xahiş edirəm, mənə köməklik edəsiniz”, - deyə oxucu yazır. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Milli.Az-a bildirildi ki, hazırda Bakı şəhərində bağça yox, uşaq isə çoxdur. Bunun səbəbi isə paytaxtda normadan artıq əhalinin məskunlaşmasıdır. BŞİH tərəfindən bütün bağçaların siyahısı aparılıb, bir nəfər üçün də yer yoxdur. Məcbur olub, əlavə qruplar açmağa başlanılır. Paytaxtda yerləşən xeyli bağçada 12 qrup olmalıdır, ancaq məcburi köçkünlər məskunlaşdığından orada cəmi bir qrup var. Dörd bağça yararsız vəziyyətdə olduğundan özəlləşdirilib. Bu günə kimi 70 uşaq bağçası təmir olunub, o qədəri də təmirdədir. İdarədən deyildi ki, yaxın zamanda Bakıda bağçalarla bağlı vəziyyət normallaşacaq.
Mənbə: Milli.Az

 

3 oktyabr 2013
GO BACK