Qadin.NET / Hava haqqında - 03.10.2013

Hava haqqında - 03.10.2013

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperaturun gecə 16-19°, günün birinci yarısında 28°-dək , axşama doğru 16-18°, Bakıda gecə 16-19°, günün birinci yarısında 28°, axşama doğru 16-18° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunundan 756 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 55-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperatur gecə 8-13°, gündüz 26-31° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq.

Temperatur gecə 6-11°, gündüz 16-21° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperatur gecə 13-18°, gündüz 21-26° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 9-14°, gündüz 19-24° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 13-18°, gündüz 25-30° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 17-19°, gündüz 23-28° isti, dağlarda gecə 7-12°, gündüz 19-24° isti olacaq.

Mənbə: Milli.Az

3 oktyabr 2013
GO BACK