Qadin.NET / Ruhani dünyanı yenə təəccübləndirdi

Ruhani dünyanı yenə təəccübləndirdi

Ruhani dünyanı yenə təəccübləndirdi

İranın yeni prezidenti Həsən Ruhani açıqlamaları və atdığı addımlarla dünyanı təəccübləndirməyə davam edir. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, “Twitter” sosial şəbəkəsinin qurucusu Jak Dorsey Həsən Ruhaniyə mesaj yazıb. Jak Dorsey yazıb ki, “Axşamınız xeyir, prezident, İran xalqı “Twitter” sosial şəbəkəsindəki mesajlarınızı oxuya bilirmi?”. Həsən Ruhani də ölkəsinin ən çox tənqid edildiyi bir mövzuda diplomatik ənənələri bir kənara qoyaraq, Jak Dorseyə “Twitter” üzərindən cavab verib. Yaxın vaxtlarda ölkəsində sosial mediaya azadlıq veriləcəyini bildirən Həsən Ruhani qeyd edib ki, vətəndaşların ən əsas haqqı olan qlobal xəbərləri rahat əldə etmələri üçün səy göstərirlər. Qeyd edək ki, hazırda İranda “Twitter” və “Facebook” kimi sosial şəbəkələrə giriş qadağandır.

2 oktyabr 2013
GO BACK