Qadin.NET / 6 dəqiqə çəkdi, ana oldu

6 dəqiqə çəkdi, ana oldu

London zooparkındakı Melati adlı dişi pələng ilk balasını boğub. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Sumatra pələngi olan Melati 5 yaşdadır və indiyədək doğmamışdı. Onun doğuş prosesini volyerindəki kamera anbaan çəkib. Melati 6 dəqiqə ərzində ana olub. Beləcə, son 17 il ərzində London zooparkında ilk pələng doğulub. Zooparkın əməkdaşı Pol Kaybettin dediyinə görə, onlar bu doğuş zamanı narahat idilər: "Melati ilk övladını dünyaya gətirirdi və bu səbəbdən də çox nigarandıq. Tanrıya şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Ana və bala indi özlərini yaxşı hiss edirlər". Balaca pələngin atası 5 yaşlı Cey Ceydir.

 

Mənbə: Milli.Az

2 oktyabr 2013
GO BACK