Bakı Metropoliteni Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətini müsbət cavablandırıb.Metropolitendən Trend-ə bildiriblər ki, oktyabrın 15-də Azərbaycan futbol komandası Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və təxminən saat 00:00-da başa çatacaq.Oktyabrın 15-dən 16-na keçən gecə metropolitenin işləməsi ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Bakı Metropoliteninə müraciəti daxil olub.Hərəkət xidmətinin rəisi Hidayət Məmmədov bildirib ki, müraciətə müsbət cavab verilib və metropoliten qeyd edilən vaxtda oyundan sonra, istisna hal kimi, son azarkeş-sərnişinə qədər xidmət göstərəcək.Qeyd edək ki, adi vaxtlarda Bakı Metropoliteni hər gün səhər saat 06:00-dan gecə saat 00:00-dək işləyir.Xatırladaq ki, Azərbaycan - Rusiya oyunu "Bakcell Arena"da keçiriləcək.
Mənbə: Milli.Az